Kamran Ağayevin əvəzinə ukraynalı qapıçı?
18.12.2014 - 16:41
Kamran Ağayevin əvəzinə ukraynalı qapıçı?

“Qəbələ”nin yeni baş məşqçisi Roman Qriqorçuk “Çernomorets”in bir neçə futbolçusunu da özü ilə gətirə bilər. Apasport.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

 

Xəbərdə qeyd edilir ki, Qriqorçukun gedişindən sonra “Çernomorets”in bir neçə aparıcı üzvü komandanı tərk etmək qərarına gəlib. Onlardan biri də əsas qapıçı Dmitri Bezotosnıdı. Ukrayna millisinə əsas namizədlərdən olan 31 yaşlı qolkiper özü də bu xəbəri təkzib etməyib. “Çernomorets”in kapitanı karyerasını Ukraynanın digər iddialı klublarının birində və ya “Qəbələ”də davam etdirə biləcəyini gizlətməyib.

 

Qeyd edək ki, 2011-ci ildən “Çernomorets”in formasını geyinən Dmitri Bezotosnı bu il Ukrayna Premyer Liqasının ən yaxşı qapıçısı seçilib.

0