[b]“Adların fərqi yoxdu, əsas odu meydana güclülər çıxsın”[/b] - MÜSAHİBƏ
18.12.2014 - 17:00
[b]“Adların fərqi yoxdu, əsas odu meydana güclülər çıxsın”[/b] - MÜSAHİBƏ

“Neftçi”nin oynayan qapıçı-məşqçisi Pavels Doroşevsin apasport.az saytına müsahibəsi

 

- “Neftçi”dəki vəziyyətinizdən razısızmı?

- İşləyirik. Demək olar ki, futbolçu karyeramı bitirmişəm. Komandada oynayan məşqçi funksiyasını yerinə yetirirəm.

 

- Karyeranızı rəsmi olaraq, nə vaxt bitirməyi planlaşdırırsız?

- Bu mövsümün sonunda. Amma futboldan uzaqlaşmayacam. Fəaliyyətimi məşqçi kimi davam etdirəcəm. Təklif gəlsə, “Neftçi”də məmnuniyyətlə qalaram.

 

- “Ayntraxt”a transfer olunan Emil Balayevin orda özünü doğruldacağına inanırsızmı?

- Realist olaq. Emil böyük addım atdı. Çox istedadlı, əməksevər futbolçudu. Bundan əlavə, layiqli insandı. Allah ona şans verdi. “Ayntraxt”a transfer olunması böyük uğurdu. Amma orda möhkəmlənmək lazımdı. Məncə, Balayev bu missiyanın da öhdəsindən gələcək. Çünki Emil fiziki və taktiki plandan əlavə, psixoloji cəhətdən də hazırdı. Gedib qayıdanlardan olmayacaq.

 

- Bəs yeni transfer Aqil Məmmədov haqda nə düşünürsüz? Məmmədov Balayevin boşluğunu doldura biləcəkmi?

- Aqilin oyununu görmüşəm. Amma onun barəsində hələ ətraflı danışa bilmərəm. Çünki birgə işləməmişik. Komanda ilə məşqlər etsin, görəcəm. “Neftçi”də həmişə güclülər oynamalıdı. Adların fərqi yoxdu, əsas odu meydana güclülər çıxsın.

 

- “Neftçi”nin qarşısına çempionluq tapşırığı qoyulub. Sizcə, komandanın bu vəzifənin öhdəsindən gələ biləcək?

- Niyə də yox? “Neftçi” hər il çempionluq uğrunda mübarizə aparır. Çıxışımızı davam etdiririk. Əsas nəticədi ki, bu da sonda bilinir.

 

- Bəziləri Böyükağa Hacıyevin vaxtındakı “Neftçi”nin daha baxımlı futbol oynadığını düşünür. Siz necə, bu fikirlə razısız?

- Onunla razı deyiləm. Hər məşqçinin öz taktikası var. Arif Əsədov əla məşqçidi, onunla münasibətimiz yaxşıdı. Arif müəllimin öz tələbləri var. Gördüyümə əsasən onu deyə bilərəm ki, işinə peşəkar yanaşır. Sadəcə, komandaya təzə gəlib, bir qədər də vaxt lazımdı.

 

- Azərbaycanda ilk klubunuz “Qəbələ” olub. Həmin vaxtla müqayisədə futbolumuz irəli gedib, ya geri?

- Hər mövsüm bir-birindən fərqlənir. İldən-ilə çempionat daha gərgin keçir. İndi çempion olmaq çətindi. Çünki “Qəbələ”də oynadığım vaxtla müqayisədə çempionluğa oynayan komandaların sayı artıb. Bu da Premyer Liqada mübarizəni daha da gərginləşdirir.

 

Tengiz MƏMMƏDOV

 

0