[b]"Prava"sız futbolçu 540 min avro cərimələndi[/b]
18.12.2014 - 17:51
[b]"Prava"sız futbolçu 540 min avro cərimələndi[/b]

Almaniya yığmasının və Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Marko Roys böyük məbləğdə cəriməyə məruz qalıb. Buna səbəb futbolçunun sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməsidi.

 

Yerli polisin apardığı reyd zamanı saxlanılan Roysun maşını 2011-ci ildə aldığı və geridə qalan 3 il ərzində vəsiqə olmadan idarə etdiyi aşkarlanıb. Hətta bu müddətdə 25 yaşlı oyunçu imtahan üçün sənəd də təqdim etməyib. Bu səbəbdən də Roys 540 min avro məbləğində cərimələnib.

 

Qeyd edək ki, Marko Roys hazırda “Barselona”, “Real” və “Bavariya”nın transfer gündəmindədi.

0