[b]Oğuz Çətin: Yenə səhvlər var idi[/b]
18.12.2014 - 19:40
[b]Oğuz Çətin: Yenə səhvlər var idi[/b]

"Meydançaya qələbə qazanmaq üçün çıxmışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətinə məxsusdu.

 

Türkiyəli çalışdırıcı Topaz Premyer Liqasının XVII turu çərçivəsində doğma publika önündə “Qarabağ”a məğlub olmalarından (2:3) danışıb: “İstəyimiz çox idi. "Qarabağ" kimi komandaya 2:1 hesabı ilə qalib gəldiyin oyunu yekunda 2:3-lə uduzmaq çox üzücüdü. Qollar buraxmaq bizim üçün xoş məqam deyil. Yenə səhvlər var idi. Biz müdafiə xəttini gücləndirməliyik".(pfl)

0