[b]Arif Əsədov: Heyətdə problemlər mövcuddu[/b]
18.12.2014 - 20:10
[b]Arif Əsədov: Heyətdə problemlər mövcuddu[/b]

“İki fərqli hissə izlədik”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Neftçi”nin baş məşqçisi Arif Əsədova məxsusdu.

 

Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının XVII turu çərçivəsində “İnter Arena”da “İnter”ə 2:1 hesabı ilə uduzmalarını şərh edib: “Komanda ilk hissədə tapşırıqları yerinə yetirdi, istədiyimiz qolu vurdu. İkinci hissədə isə tapşırıqlar yerinə yetirilmədi. Səbəblər var. Heyətdə problemlər mövcuddur. Bəzi oyunçular öz mövqeyində oynamırdı ki, bu da məcburiyyətdən atılan addım idi. Çatışmazlıqlar nəticəyə təsir etdi. Məğlubiyyətə baxmayaraq, irəli baxırıq. Ola bilər ki, komanda ikinci hissəyə arxayın çıxmışdı”.(pfl)

0