“İnter”in müdafiəçisi Milanda xoşbəxt deyil
18.12.2014 - 21:12
“İnter”in müdafiəçisi Milanda xoşbəxt deyil

“İnter”in müdafiəçisi Nemanya Vidiç qış “transfer pəncərəsi”ndə komndasını tərk eədəcək. Apasport.az saytının məlumatına görə, bu haqda serbiyalı futbolçunun agenti Silvano Martin deyib.

 

Məşhur FİFA agenti 33 yaşlı oyunçunun Milanda xoşbəxt olmadığını və qışda Roberto Mançininin komandasından gedəcəyi informasiyanı təsdiq edib. O bildirib ki, Vidiçin sabiq klubu “Mançester Yunayted”ə yenidən qayıtmaq ehtimalı var. Mançini istirahət günlərindən sonra Nemanya ilə onun taleyi ilə bağlı danışıqlar aparıb, qərar qəbul edəcək.   

 

Qeyd edək ki, Nemanya Vidiç 2006-2014-cü illərdə “Mançester Yunayted”də forma geyinib. O, mövsümün əvvəlində “İnter”ə keçib.  

0