DÇ-2022 mayın 5-dən iyunun 4-ə kimi keçirilə bilər
19.12.2014 - 01:07
DÇ-2022 mayın 5-dən iyunun 4-ə kimi keçirilə bilər

Avropanın aparıcı klub və liqaları, həmçinin Avropa Klublar Assosiasiyası DÇ-2022-nin mümkün keçirilmə vaxtı ilə bağlı açıqlama veriblər. Apasport.az saytının məlumatına görə, onlar Qətərdəki mundialın 2022-ci il mayın 5-dən iyunun 4-ə kimi baş tutmasını istəyirlər.

 

Açıqlamada bildirilir ki, bu halda oyunlar, demək olar ki, Braziliyada DÇ-2014 zamanı olan hava şəraitində keçiriləcək.

 

Məsələn, DÇ-2022-nin qrup mərhələsi zamanı (5-19 may) Qətərdə axşam vaxtı orta temperatur 29,7-33 dərəcə təşkil edir. Oyunların 18:00, 20:30 və 23:00-da (pley-offda 19:00 və 22:00-da) keçirilməsi planlaşdırılır.

 

Həmçinin açıqlamada DÇ-2022-nin keçirilməsinin belə variantının klubların təqvimində əhəmiyyətli dəyişikliklərdən və Beynəlxalq Olimpiya Komitəsinin maraqları ilə toqquşmaqdan (qışda Olimpiada keçiriləcək) qaçmağa kömək edər.

 

Xatırladaq ki, FIFA DÇ-2022-nin nə zaman keçiriləcəyinə 2015-ci ilin mayında qərar verəcək.

0