[b]“Qış çempionluğ”una iki iddiaçı[/b]
19.12.2014 - 10:10
[b]“Qış çempionluğ”una iki iddiaçı[/b]

Topaz Premyer Liqasının “qış çempionu”nun adına 2014-cü ilin son turunda aydınlıq gələcək. Apasport.az saytının məlumatına görə, 2014/15 mövsümünün ilk yarısının qalibi adına namizədlər ən yaxşını XVIII turda müəyyənləşdirəcək.

 

Buna səbəb II dövrənin sonuna 1 tur qalmış liderlə izləyicisi arasında 3 xallıq fərqin olmasıdı. Zirvədə qərarlaşan “Qarabağ” 2014-cü ili çempionatın lideri kimi başa vurmaq üçün son matçda uduzmamalıdı. “Sumqayıt”ı  məğlub edəcək Qurban Qurbanovun yetirmələri qış fasiləsinə 1-ci pillədə yollanacaq.

 

“Sumqayıt” lideri məğlub etsə, “İnter” üçün şans yaranacaq. Bakılılar “Qəbələ” ilə səfər oyunundakı qələbə ilə Ağdam klubunu keçəcək. Düzdür, hər iki oyunda qonaqlar qalib gəlsə, komandaların xalları bərabər olacaq. Lakin əlavə göstəricilərdə “İnter” liderliyə yüksələcək. Bülə ki, öz aralarındakı hər iki matçda qolsuz heç-heçə edən rəqiblərin top fərqində “İnter” öndədi.

 

 

0