[b]Azərbaycandan təklif alan məşqçi Yuri Syomini axtarır [/b]
19.12.2014 - 12:23
[b]Azərbaycandan təklif alan məşqçi Yuri Syomini axtarır [/b]

Rusiyalı məşqçi Rüstəm Xuzin növbəti dəfə Azərbaycan haqda danışıb. Apasport.az xəbər verir ki, Rusiya mətbuatına danışan gənc mütəxəssis “Qəbələ”nin keçmiş baş məşqçisi Yuri Syomini də yada salıb.

 

42 yaşlı məşqçi karyerasını Azərbaycanda davam etdirəcəyi təqdirdə Syominə zəng vuracağını bildirib: “Yuri Syominin vaxtında “Qəbələ” klubu Avropa Liqasına vəsiqə qazanıb. Azərbaycanda prinsipial çempionat keçir. Hələlik orda çalışıb-çalışmayacağım dəqiqləşməyib. Düzü, Syominlə şəxsi tanışlığım yoxdu. Amma Azərbaycana gedəsi olsam, ehtiyac olarsa Syominə zəng vurub məsləhətlərini alacam”.

 

Qeyd edək ki, Rüstəm Xuzin ötən mövsüm “Neftaximik”i çalışdırıb və hazırda işsizdi.

0