[b]UEFA yeni reytinq siyahısını açıqladı[/b]
19.12.2014 - 12:46
[b]UEFA yeni reytinq siyahısını açıqladı[/b]

UEFA qadınlardan ibarət milli komandaların yeni reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2011-15-ci illərin dünya və qitə çempionatlarının nəticələrinə əsasən tərtib olunan siyahıda 48 ölkə yer alıb.

 

Son illər yarışlarda çıxışları dondurulan Azərbaycan yığması da adı cədvəldə olan komandalar sırasındadı. Hesabında 11,375 xal olan millimiz Avropanın 37-cisidi.

 

Siyahıya isə Almaniya başçılıq edir. Bundestimin 43,665 xalı var.  Fransa (42,552) cədvəldə 2-ci, İsveç (42,433) 3-cüdü.

0