“Robert Prosineçki çətinlik çəkməyəcək” - FOTO
19.12.2014 - 14:22
“Robert Prosineçki çətinlik çəkməyəcək”  - FOTO

“Prosineçkinin işə can yandırması sevindirici haldı. Çempionatı izləməsi, oyunlara baxması heyət seçimində ona çox kömək edəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında millimizin sabiq baş məşqçisi Əsgər Abdullayev deyib.

 

Hazırda U-21 yığmasının baş məşqçi postuna əsas namizəd olan Abdullayev xorvatiyalı həmkarının gəncləşdirmə siyasətini dəstəklədiyini bildirib: “Azərbaycanda istedadlı gənclər var. Sadəcə, onların üzərində işləmək lazımdı. Prosineçki çempionat oyunlarını yaxından izlədiyi üçün millinin heyətini qurarkən yəqin ki, çətinlik çəkməyəcək. Yığmanı kimin çalışdırmasından asılı olmayaraq, hamımızın arzusu uğur qazanmaqdı”.

 

Qeyd edək ki, Əsgər Abdullayev 2003-2004-cü illərdə əsas yığmanın baş məşqçisi olub.

0