[b]Sxadadze rəhbərlikdən hansı mövqeyə futbolçu alınmasını tələb etdi?[/b]
19.12.2014 - 15:30
[b]Sxadadze rəhbərlikdən hansı mövqeyə futbolçu alınmasını tələb etdi?[/b]

Topaz Premyer Liqasının XVII turunda “Neftçi”yə qalib gələn “İnter” qış fasiləsindən öncə sonuncu oyununu “Qəbələ”yə qarşı keçirəcək. Apasport.az saytının məlumatına görə, bu görüşdən sonra məşqçilər korpusu heyətlə bağlı islahatlara başlayacaq.

 

Məlum olduğu kimi, Slavço Georgiyevskinin “bankirlər”lə vidalaşacağı gündəmdədi. Baş məşqçi Kaxaber Sxadadze hələlik makedoniyalı futbolçuya “get” deməyib. Bununla belə, onun “İnter”də qalacağı inandırıcı görünmür. Əsas heyətə düşməkdə çətinlik çəkən İvan Benitesin durumuna aydınlıq gəlməyib. İspan müdafiəçinin paytaxt klubu ilə yaya kimi müqaviləsi var. Məhz bu səbəbdən klub rəhbərliyi onun vidalaşa bilmir.

 

“İnter” qış transferi dövründə heyətinə yeni futbolçular da qatacaq. Kaxaber Sxadadze rəhbərliklə görüşündə hücumçu alınmasını tələb edib. Onun istəyindən sonra axtarışa başlanılsa da, hələlik “bankirlər” istədikləri səviyyədə hücumçu tapa bilmirlər.

 

Bir məqamı da qeyd edək ki, qış transferi dövründə “İnter”dən heç bir yerli futbolçu göndərilməyəcək. 

0