[b]“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Qazaxıstan millisində[/b]
19.12.2014 - 16:04
[b]“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Qazaxıstan millisində[/b]

“Xəzər Lənkəran”ın keçmiş çalışdırıcısı Karles Bakes fəaliyyətini Qazaxıstanda davam etdirəcək. Apasport.az saytının extratime.az-a istinadən verdiyi məlumata görə, ispaniyalı məşqçi Qazaxıstanın 17 yaşadək futbolçulardan ibarət yığmasına baş məşqçi təyin olunub.

 

Bakes 2012-ci ilin noyabrında “Xəzər Lənkəran”a böyük ümidlərlə gətirilsə də, etimadı doğrultmamışdı. Bu səbəbdən də cəmi 3 aydan sonra, yəni 2013-cü ilin fevralında istefaya göndərilmişdi.

 

 

0