Karles Puyolun vida oyunu keçiriləcək
19.12.2014 - 16:16
Karles Puyolun vida oyunu keçiriləcək

“Barselona” rəhbərliyi komandanın sabiq kapitanı Karles Puyolun vida oyununu keçirmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisinin prezidenti Josep Bartomeu “Nou Kamp”da keçiriləcək oyunun nə vaxt baş tutacağının və rəqibin hansı komanda olacağının hələ müəyyənləşmədiyini bildirib.

 

1999-cu ildən “Barselona”nın əsas komandasında oynayan 36 yaşlı Puyol bu il karyerasını başa vurub və hazırda klubda idman direktorunun köməkçisi vəzifəsində çalışır. O, Kataloniya klubunun heyətində ümumilikdə 593 oyunda 18 qola imza atıb.

 

0