[b]Həbsdən çıxan futbolçu karyerasını bərpa edəcək[/b]
19.12.2014 - 20:00
[b]Həbsdən çıxan futbolçu karyerasını bərpa edəcək[/b]

Vətəni Braziliyaya qayıdan “Bavariya”nın keçmiş müdafiəçisi Breno karyerasını bərpa etmək niyyətindədi. Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçu 2011-ci ilin iyulunda kompensasiya almaq üçün öz evini yandırmış və bu üzdən 2 il 9 ay müddətinə həbs olunmuşdu.

 

Brenonun yaxın günlərdə “San Paulo” klubunda məşqlərə başlayacağı bildirilir. Maraqlıdı ki, Braziliyaya qayıdan zaman aeroportda azarkeşlərdən bəzisi futbolçunu tanıyaraq ondan avtoqraf istəyiblər. Breno fanatlarına bunları deyib: “Braziliyaya başıdik qayıtmışam və bu, karyeramda yeni start olacaq”.

0