Bakı-2015: [b]Avropa Oyunlarının medalları nə vaxt təqdim olunacaq?[/b]
19.12.2014 - 16:56
Bakı-2015: [b]Avropa Oyunlarının medalları nə vaxt təqdim olunacaq?[/b]

2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak edəcək idmançıların namizədliyini irəli sürmək üçün verilən son tarix məlum olub. Yarışın əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin apasport.az saytına verdiyi məlumata görə, mayın 1-də Bakı-2015-ə qatılacaq iştirakçıların hamısının adı bilinəcək.  

 

Kleq bildirib ki, Azərbaycan millisinin 20 idman növünün hamısında təmsil olunacağı Avropa Oyunlarında 253 dəst medal uğrunda yarışacaq idmançıları Milli Olimpiya Komitələri müəyyənləşdirəcək: “Əksər idman növlərində Milli Olimpiya Komitələri üçün kvota yerlər ayrılıb və idmançıların seçilməsi onların öz öhdəsinə buraxılıb. Milli Olimpiya Komitələrinə “Bakı-2015”də yarışacaq idmançıların namizədliyini irəli sürmək üçün verilən müddət mayın 1-də bitəcək. Bu, Azərbaycan idmançılarına da aiddi”.

 

Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru yarış üçün hazırlanacaq medalların 2015-ci ilin əvvəlində ictimaiyyətə təqdim olunacağını deyib. Onun sözlərinə görə, mükafatlar hazırda tərtibat və istehsal mərhələsindədi.

 

Qeyd edək ki, Avropa Oyunları gələn il iyunun 12-28-də keçiriləcək. 

0