Braziliyalı hücumçu Azərbaycan klubu ilə bağlı fikirlərini açıqladı - FOTO
20.12.2014 - 00:01
Braziliyalı hücumçu Azərbaycan klubu ilə bağlı fikirlərini açıqladı - FOTO

“Yarışda daha bir mərhələ irəlilədiyimiz üçün məmnunuq. Amma bilirik ki, uğur qazanmaq üçün hələ uzun yol qət etməliyik”. Apasport.az saytının məlumatına görə, bunu Norveçin “Stod Volley” klubunun voleybolçusu Klarisse Benisio deyib.

 

Ölkəsində kifayət qədər tanınmış simalardan olan 27 yaşlı braziliyalı hücumçu “Çelenc Cup”ın 1/8 final mərhələsi ilə bağlı fikirlərini açıqlayıb. Benisio bildirib ki, bu dəfə qarşılaşacaqları Bakının “Azərreyl” klubu ilk 2 mərhələdəki rəqibləri “Sliedrext” (Hollandiya) və “Kalsit”lə (Sloveniya) müqayisədə çox güclüdür.

 

Onun sözlərinə görə, məqsədləri Azərbaycan klubunu da mübarizədən kənarlaşdırmaqdı: “Azərreyl” çox ciddi rəqibdi. Fikrimcə, oyunumuz da çətinliyinə görə digərlərindən fərqlənməyəcək. 2014-cü ili qələbə ilə başa vururuq. Ümumiyyətlə, mövsümün bu ilə aid olan hissəsində 1 dəfə belə məğlub olmadıq. Bu komanda qarşısında borcumuzu layiqincə yerinə yetirdiyimizi göstərir. Biz həqiqətən də öz işimizin öhdəsindən gəlməyi bacarırıq. Çalışacağıq ki, yeni ildə də bunu davam etdirək”. 

0