[b]Növbəti mövsümün reytinqi: Azərbaycan Serbiyanı da keçir[/b]
19.12.2014 - 21:02
[b]Növbəti mövsümün reytinqi: Azərbaycan Serbiyanı da keçir[/b]

UEFA-nın növbəti mövsüm üçün reytinq siyahısının ilkin nəticələri məlum olub. Apasport.az saytının məlumatına görə, 2014/15 mövsümünü 29-cu pillədə başa vuran klublarımız növbəti ilə daha yüksək pillədə başlayacaq.

 

2015/16 mövsümünün startında ölkəmizin hesabında 10,500 xal olacaq. Bu isə o deməkdi ki, 2010/11 mövsümünün nəticələri silindikdən sonra Azərbaycan Serbiyanı da keçəcək. Sabiq yuqoslaviyalıların hesabında 10,375 xal olacaq.

 

Yeni mövsümün cədvəlində 27-ci olan Norveç isə 12,000 xala malikdi. Elə Bolqarıstanla Sloveniya da çox uzaqda deyil – 12,125. Bu da ölkəmizə 2015/16 mövsümünü daha yüksək pillədə başa vura bilər.

 

Qeyd edək ki, hazırda 29-cu olan Azərbaycanın 12,500 xalı var.

0