Keçmiş yığma üzvünün avtomobilləri oğurlandı
19.12.2014 - 17:24
Keçmiş yığma üzvünün avtomobilləri oğurlandı

 

İngiltərə millisinin keçmiş hücumçusu, hazırda icarə əsasında “Brayton”un şərəfini qoruyan Darren Bentin iki avtomobili oğurlanıb. Apasport.az saytının məlumatına görə, onların ümumi dəyəri 150 min funt-sterlinqdi. Oğrular 30 yaşlı futbolçunun evinə pəncərədən girib, maşınların açarlarını taparaq onları oğurlayıblar.

Vaxtilə “Tottenhem”in formasını geyinən Bentin İngiltərə millisində 2006–2011-ci illərdə 13 oyunda (4 qol) çıxış etdiyini də xatırladaq.

 

 

 

 

0