Robert Prosineçki “Qarabağ” – “Sumqayıt” oyununu seçdi
20.12.2014 - 10:24
Robert Prosineçki “Qarabağ” – “Sumqayıt” oyununu seçdi

Azərbaycan milli komandasının məşqçilər korpusunun izləyəcəyi oyunlar dəqiqləşib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Robert Prosineçki Topaz Premyer Liqasının XVIII turunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” matçına canlı baxacaq.

 

Onun köməkçilərindən Mahmud Qurbanov “Xəzər Lənkəran” – AZAL, Elxan Abdullayev isə “Qəbələ” – “İnter” oyununu izləyəcək.

 

Qeyd edək ki, XVIII turun oyunları sabah olacaq.

0