AZAL “Yeni il”də - FOTOSESSİYA
20.12.2014 - 11:11
AZAL “Yeni il”də - FOTOSESSİYA

Dekabrın 21-də keçiriləcək “Xəzər-Lənkaran” – AZAL oyunundan sonra istirahətə yollanacaq “təyyarəçilər”in futbolçu və məşqçi heyəti rəhbərliklə görüşüb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qeyri-rəsmi xarakter daşıyan bu görüşdə komanda üzvlərinə bayram ziyafəti verilib.

 

Tədbirdə vitse-prezident Fikrət Hüseynov klub rəhbərliyi adından bütün futbolçuları, məşqçiləri təbrik edib. O bildirib ki, baş məşqçi Tərlan Əhmədov istəyinə əsasən komanda ilə görüşüb, bayramlaşmagı borc bilib: “Xəzər-Lənkəran”la oyundan sonra hamı istirahətə yollanacaq. Ona görə də indidən sizlərlə bayramlaşmağı özümüzə borc bildik. Hamınızın Yeni ilini təbrik edir və uğurlar arzulayırıq”.

Qeyd edək ki, tədbirdə, həmçinin ad gününü qeyd edən mətbuat xidmətinin əməkdaşı Elvin Yaqubov da təbrik edilib.

0