Rəqibimizdən asan qələbə
20.12.2014 - 11:44
Rəqibimizdən asan qələbə

Qadın voleybolçular arasında Rusiya Superliqasında VIII turun görüşlərinə start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk oyunun günündə Kazan “Dinamo”su “Voronej”in qonağı olub.

 

Görüş Çempionlar Liqasında “Rabitə”nin rəqibi olan kazanlıların asan qələbəsi ilə başa çatıb. “Voronej” 1 setə belə həsrət qalıb – 0:3 (10:25; 18:25; 13:25).

 

Bu qələbə rəqiblərindən 1 oyun çox keçirən “Dinamo”nu müvəqqəti də olsa 1-ci pilləyə yüksəldib. Aktivində 21 xalı olan komanda CEV kubokunun 1/4 finalında “Lokomotiv”lə qarşılaşacaq Krasnodar “Dinamo”sunu qabaqlayıb.

0