[b]Elvin Yunuszadə Türkiyə Superliqasına keçə bilər[/b]
20.12.2014 - 15:40
[b]Elvin Yunuszadə Türkiyə Superliqasına keçə bilər[/b]

“Neftçi”nin futbolçusu Elvin Yunuszadə karyerasını Türkiyədə davam etdirməyə yaxındı. Apasport.az saytının məlumatına görə, Superliqada çıxış edən “Akhisar Belediyespor” 22 yaşlı müdafiəçinin xidmətində maraqlıdı.

 

Belə ki, turnir cədvəlinin 10-cu pilləsində qərarlaşan komandanın baş məşqçisi Mustafa Reşit Akçay komanda rəhbərliyindən yığmamızın da şərəfini qoruyan Yunuszadənin qış fasiləsində alınmasını tələb edib. “Akhisar Belediyespor”un rəsmiləri də çalışdırıcılarının xahişini yerinə yetirməyə çalışırlar. Onların da perspektivli futbolçumuzun transferində maraqlı olmasına baxmayaraq, müəyyən problemlər ortaya çıxıb.

 

Daha doğrusu, müdafiəçinin qonşu ölkəyə yollanması “Neftçi”yə sərf etmir. Çünki qapıçı Emil Balayev də “Ayntraxt”a yollanacağından komanda çempionatın gedişində limitə görə əziyyət çəkə bilər. Lakin danışıqların müsbət həll olunacağı da istisna edilmir.

 

Qeyd edək ki, 13 matçdan 17 xal toplayaraq hazırda 10-cu yerdə qərarlaşan “Akhisar Belediyespor” 1970-ci ildə yaradılıb.

0