[b]Elvin Yunuszadə: Türkiyə I liqasında oynamaq istəmərəm[/b]
21.12.2014 - 00:00
[b]Elvin Yunuszadə: Türkiyə I liqasında oynamaq istəmərəm[/b]

“Türkiyə klublarından təklif almışam. İki-üç klub xidmətimdə maraqlıdı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə deyib.

 

Bakı klubunun heyətində sabit çıxışı ilə seçilən və millinin də düşərgəsinə dəvət edilən futbolçunun oyunu xarici skautlar tərəfindən diqqət mərkəzində saxlanılır. Hətta bu yaxınlarda əcnəbi menecerlə paytaxt təmsilçisinin matçını izləmək üçün ölkəmizə səfər etmişdilər. “Transfer pəncərəsi” yaxınlaşdıqca isə futbolçularımızın müştəriləri müəyyənləşməyə başlayır. Artıq Yunuszadənin xidmətində maraqlı olan klublardan birinin adı məlumdu.

 

Düzdü, müdafiəçi bunu tam olmasa da, dolayısı ilə təsdiqləyib: “İndi ad açıqlamayaq. Çünki konkretləşən bir şey yoxdu. Fasilə yarandıqdan sonra hər şey aydınlaşacaq”.

 

Türkiyə I liqasında bir neçə futbolçumuz çıxış etsə də, Yunuszadə onların yolu ilə getməyin tərəfdarı deyil. O, aşağı liqa təmsilçisində oynamağın əleyhinədi: “Türkiyə I liqasında oynamaq istəmərəm. Dəvət aldığım klubların hamısı sözügedən ölkənin Superliqasında çıxış edir. Klubumla danışacaqlar. Danışıqlar uğurla sonuclansa, halallıq alıb, ayrılmaq istəyərəm. İndi elə məqamdır ki. ətraflı bir söz deyə bilməyəcəm. Bir qədər gözləsəniz, yaxşı olar”. 

0