Budak 90, Cavadov 10 dəqiqə oynadı, Hacıyev izlədi
20.12.2014 - 21:00
Budak 90, Cavadov 10 dəqiqə oynadı, Hacıyev izlədi

Türkiyə PTT I liqasınıda XVI tura start verilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvləri Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevin formasını geyindiyi “Qaziantep BB” doğma meydanda “Altınordu”nu qəbul edib.

 

Qarşılaşmada təmsilçilərimizin komandası 3:1 hesablı qələbə qazanıb.

 

Bu görüşdə Budak 90 dəqiqə oynayıb. Vaqif isə oyunun 80-ci dəqiqəsində meydana daxil olub. Digər həmyerlimiz Rəhman isə yenə də “18-liy”ə daxil edilməyib.

 

Qeyd edək ki, “Qaziantep BB” 18 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

0