[b]Messi dubl edib, “Barselona”nın 50-ci qolunu vurdu[/b]
20.12.2014 - 22:29
[b]Messi dubl edib, “Barselona”nın 50-ci qolunu vurdu[/b]

“Barselona”nın hücumçusu Lionel Messi üçün İspaniya La Liqasının XVI turu çərçivəsində “Kordoba” ilə keçirilən oyun əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Argentina millisinin futbolçusu “Nou Kamp”da 5:0 hesabı ilə qalib gəldikləri görüşdə Kataloniya klubunun 2014-cü ildə 50-ci qoluna imza atıb.

 

“Kordoba” ilə matçda dubl edən Leo əvvəlcə 82-ci dəqiqədə komandasının 4-cü qolunu rəqibin qapısından keçirib. Oyuna əlavə edilmiş 2-ci dəqiqədə isə Messi görüşdə son nöqtəni qoyub.

 

Qeyd edək ki, Lionel Messi son 5 ildə “Barselona”nın heyətində 4 dəfə 50 və daha çox qol vuran oyunçu ünvanına sahibdi.  

0