Qəbələ və Lənkəranda sülh bağlandı, "Qarabağ" “qış çempionu” oldu
21.12.2014 - 17:33
Qəbələ və Lənkəranda sülh bağlandı, "Qarabağ" “qış çempionu” oldu

Bu gün Topaz Premyer Liqasında XVIII turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, eyni gündə baş tutmalı olan 4 qarşılaşmadan yalnız “Simurq” – “Bakı” matçı əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, sabah keçiriləcək.

 

2014-cü ilin son oyunlarında öncə “Xəzər Lənkəran”la AZAL, “Qəbələ” ilə “İnter” meydana çıxıb. Cənub klubu 4-cü pillədəki yerini qorumaq üçün mütləq qalib gəlməli idi. “Təyyarəçilər” isə həmin mövqeni ələ keçirmək üçün əllərində olan şanslardan istifadə etməyə çalışacaqdı. Lənkəranda hərəyə bir dəfə fərqlənən komandalar meydanda sülh bağlayıb - 1:1.

 

“Ağ-yaşıllar”ın xal itirməsi isə “Qəbələ”nin işinə yarayırdı. Lakin əyalət təmsilçisi ilə paytaxt klubunun görüşündə də qalib müəyyənləşməyib. 38-ci dəqiqədə Dodo ilə hesabı açan “Qəbələ” fasiləyə üstün getsə də, sona qədər bunu qoruya bilməyib. 67-ci dəqiqədə Məhəmməd Mirzəbəyovun qolu meydan sahiblərini 4-cü pillədən edib.

 

Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” “Sumqayıt”la qarşılaşıb. Matçda qonaqlara 2 cababsız top vuran son çempion meydandan 3 xalla ayrılıb.

 

Beləliklə, “Qarabağ” liderliyini qoruyaraq, “qış çempionu” olub. “İnter” isə II dövrəni II sırada başa vurub.

 

Xatırladaq ki, bu tur “Neftçi” istirahət edir.

 

 

Topaz Premyer Liqası

XVIII tur

21 dekabr (bazar)
 

“Qarabağ” – “Sumqayıt” - 2:0

QOLLAR: Leroy Corc, 25, Vurğun Hüseynov, 56-avtoqol

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu

I dövrədəki oyun: -:+

QARABAĞ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev, 99. Namiq Ələsgərov

Ehtiyat oyunçular: 12. Ağaseyid Qasımov, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 11. Danilo Dias, 18. İlqar Qurbanov, 24. Admir Teli.

Baş məşqçi: Qurban Qurbanov

 

SUMQAYIT: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 7. Ruslan Poladov (k), 10. Tərzin Cahangirov, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 77. Təvəkkül Məmmədov, 92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 11. Kiyan Sultanpur, 14. Məhəmməd Qurbanov, 17. Ramazan Abbasov, 86. Fərid Quliyev, 96. Budaq Nəsirov, 45. Murad Ağayev

Baş məşqçi: Aqil Məmmədov

 

 

“Qəbələ” – “İnter” - 1:1

QOLLAR: Dodo, 38 - Məhəmməd Mirzəbəyov, 67

Qərmızı vərəqə: Elvin Məmmədov, 87

Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elşən Acalov, Vüsal V. Əliyev
Qəbələ şəhər stadionu

I dövrədəki oyun: 0:4

 

QƏBƏLƏ: 1. Kamran Ağayev (k), 4. Elvin Camalov, 10. Dodo, 12. Aleksandru Benqa, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 27. Bəxtiyar Soltanov, 34. Urfan Abbasov, 90. Ekiqo Ehiosun

Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 8. Markus Kunya, 11. Andrey Kristea, 13. Murad Musayev, 17. Qismət Alıyev, 99. Tellur Mütəllimov 

Məşqçi: Sənan Qurbanov

 

İNTER: 25. Səlahət Ağayev (k), 5. Aleksandr Amisulaşvili, 8. Mikel Alvaro, 11. Asif Məmmədov, 12. Franka Nildo, 15. Yohan Bokonyano, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 1. Giorgi Lomaya, 4. İvan Benitez, 6. Slavco Georgiyevski, 7. Abdulla Abatsiyev, 10. Elvin Məmmədov, 30. Abbas Hüseynov, 80. Nizami Hacıyev

Məşqçi: Zaur Svanadze

 

 

“Xəzər Lənkəran” – AZAL - 1:1

QOLLAR: Fernando Qabriel, 60 - Freddi Mombonqo, 43

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rəhim Həsənov
“Xəzər Lənkəran” mərkəzi stadionu

I dövrədəki oyun: 1:1

XƏZƏR LƏNKƏRAN: 19. Vyekoslav Tomiç, 3. Vanderson Skarduelli, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 13. Aleksandr Şemonayev, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 22. Əfran İsmayılov, 33. Rasim Ramaldanov, 55. Ağabala Ramazanov, 63. Alfred Sanko

Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 17. Kazım Kazımlı, 28. Fernando Qabriel, 42. Kamran Abdullazadə, 70. Elşən Rzazadə, 72. Elvin Mirzəyev, 97. Elnur  Cəfərov

Baş məşqçi: Oğuz Çətin

 

AZAL: 85. Kamal Bayramov, 15. Oskars Klava, 18. Orxan Lalayev , 21. Novruz Məmmədov, 3. Xuan Fransisko, 5. Kərim Diniyev, 6. Eduardo Makiel, 17. Viktor İqbekoyi, 10. Tomi Kostadinov, 27. Rəşad Abdullayev (k), 20. Freddi Mombonqo

Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 4. Laşa Kasradze, 13. Şəhriyar Rəhimov, 7. Təmkin Xəlilzadə, 34. Əfqan Poladlı, 22. Eltun Yaqublu, 23. Tural Nərimanov,

Baş məşqçi: Tərlan Əhmədov

 

 

17:00. “Simurq” – “Bakı” (Təxirə salındı)

Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Mübariz Haşımov, Ramil Diniyev
Zaqatala şəhər stadionu

I dövrədəki oyun: 0:1

 

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

16

10

4

2

29-17

34

2

İnter

16

7

8

1

26-7

29

3

Neftçi

15

7

5

3

19-12

26

4

Xəzər Lənkəran

16

5

5

6

22-20

20

5

Qəbələ

16

4

7

5

19-24

19

6

Simurq

15

5

3

7

20-20

18

7

AZAL

15

4

5

6

18-25

17

8

Sumqayıt

16

4

3

9

19-27

15

9

Bakı

15

2

4

9

11-31

10


Bombardir: Mikel Alvaro (“İnter”) - 8

 

0