Yeni Zelandiya klubu tarix yazdı
21.12.2014 - 00:20
Yeni Zelandiya klubu tarix yazdı

Mərakeşdə keçirilən klublar arası dünya çempionatında üçüncü yerin sahibi müəyyənləşib.  Apasport.az saytının məlumatına görə, bürünc yerlər uğurnda mübarizəadə Meksikanın “Krus Asul” klubu ilə Yeni Zelandiya “Oklend Siti”si üz-üzə gəlib.

 

Oyunun əsas və əlavə edilmiş dəqiqələri 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında isə Yeni Zelandiya təmsilçisi qələbə qazanmağı bacarıb – 2:4.

 

Beləliklə, "Oklend Siti" klublar arası dünya çempionatında üçüncü yeri tutan ilk Okeaniya komandası olub.

0