[b]Kriştianu Ronaldodan növbəti nailiyyət - FOTO[/b]
21.12.2014 - 02:30
[b]Kriştianu Ronaldodan növbəti nailiyyət - FOTO[/b]

“Real” hücumçusu Kriştianu Ronaldo unikal nailiyyətə sahib olub. Apasport.az saytının məlumatına görə, portuqaliyalı futbolçu klublar arası dünya çempionatının finalında “San-Lorenso”ya 2:0 hesabı qalib gəlməklə, daha bir uğura imza atıb.

 

Belə ki, Ronaldo 2 klubun heyətində bütün beynəlxalq mükafatları başı üzərinə qaldırıb. O, bu titullara həm sabiq komandası “Mançester Yunayted”də, həm də Madrid təmsilçisində nail olub. Kriştianu İspaniya və İngiltərə çempionu, İspaniya Superkubku və Çempionlar Liqasını (2 dəfə) qazanıb.

 

Həmçinin, o fərdi mükafatlara da layiq görülüb – “Qızıl buts” və “Qızıl top”.

 

Qeyd edək ki, 6 il (2003-2009) “Mançester Yunayted”in formasını geyinən Ronaldo 2009-cu ildən “Real”da top qovur. 

0