Toni Kroos və Sami Xediradan bir ilk
21.12.2014 - 16:37
Toni Kroos və Sami Xediradan bir ilk

“Real”ın alman yarımmüdafiəçiləri Toni Kroos və Sami Xedira bir ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, hər iki futbolçu bir ildə iki dəfə dünya çempionu olan avropalı oyunçular ünvanını qazanıb.

 

2014-cü ilin iyulunda Kroos və Xedira Almaniya millisinin heyətində dünya çempionu olub. Beş ay sonra onlar "Real”la klublar arası dünya çempionatında qalib gəlib

 

Xatırladaq, Mərakeşdə təşkil edilən klublar arası dünya çempionatında Madrid təmsilçisi  “San-Lorenso”nu 2:0 hesabı ilə məğlub edib. 

0