[b]“Simurq” – “Bakı” matçı sabah keçiriləcək[/b]
21.12.2014 - 17:34
[b]“Simurq” – “Bakı” matçı sabah keçiriləcək[/b]

Topaz Premyer Liqasının XVIII turunun “Simurq” – “Bakı” oyunu sabah keçiriləcək. Apasport.az saytı xəbər verir ki, bu gün saat 17:00-da başlanmalı olan görüş əlverişsiz hava şəraitinə görə, yarışların əsasnaməsinə uyğun olaraq, bir gün sonraya təxirə salınıb.

 

Oyunun start fiti sabah saat 12:00-da veriləcək. (pfl)

0