[b]Oğuz Çətin: Keyfiyyət baxımından problem yaşadıq[/b]
21.12.2014 - 18:10
[b]Oğuz Çətin: Keyfiyyət baxımından problem yaşadıq[/b]

“Oyunu qalib bitirməli idik". Apasport.az saytının məlumatına görə, bu sözlər “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətinə məxsusdu.

 

Türkiyəli çalışdırıcı Topaz Premyer Liqasının XVIII turu çərçivəsində doğma azarkeşləri önündə AZAL-la bərabərə (1:1) qalamalarına şərh verib: “Düzdür, heyətdə problemlər var. Bütün bunlara baxmayaraq, qələbə qazanmalı idik. Futbolçularım mübarizə apardılar, qol vurdular. Lakin bu gün keyfiyyət baxımından problem yaşadıq. Ümumi nəticə qazanmaq üçün mübarizə aparmaq lazımdı. Bugünə qədər həyata keçirdiyimiz işlər sayəsində yaxşı futbol sərgiləyirik. Amma futbolda fərdi xətalar var. Bütün bunlara baxmayaraq, yaxşı bir komandaya sahibik. Ümid edirəm ki, mərkəz müdafiəçisi və hücumçu gətirməklə daha yaxşı işlər görə bilərik”.(pfl)  

0