"Futboldan birdəfəlik getmək istəyirəm”
21.12.2014 - 18:35
"Futboldan birdəfəlik getmək istəyirəm”

"Qarabağ”ın gücünü etiraf edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov deyib.

 

O, Topaz Premyer Liqasının XVIII turu çərçivəsində səfərdə “Qarabağ”a 2:0 hesabı il uduzmalarına şərh verib: “Həm də qeyd etməliyəm ki, biz də öz oyunumuzu göstərə bilmədik. Yəqin ki, yorğunluq var. “Qarabağ”ı layiqli qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı oyun sərgiləsək də, uduzuruq. Elə olur ki, futboldan birdəfəlik getmək istəyirəm. Yaxşı oynadığımız bəzi oyunlarda qələbə əldə edə bilməmişik”.(pfl)

0