Millimizin üzvü oynadı, komandası 3 xal qazandı
21.12.2014 - 20:02
Millimizin üzvü oynadı, komandası 3 xal qazandı

Türkiyə PTT I liqasının XIV turun növbəti oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Cavid İmamverdiyevin şərəfini qoruduğu "Elazığspor" doğma meydanda "Boluspor"u qəbul edib.

 

Qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib. Komandasının 3 xal qazandığı görüşdə Cavid meydana fasilədən sonra çıxıb.

 

Qeyd edək ki, "Elazığspor" 22 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.

0