"Bakı" biabırçı hesabla uduzdu
22.12.2014 - 13:50
"Bakı" biabırçı hesabla uduzdu

Bu gün Topaz Premyer Liqasında XVIII turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, II dövrənin, həm də mövsümün ilk yarısının son qarşılaşmasında “Simurq” “Bakı”nı qəbul edib.

 

Bir gün əvvəl baş tutmalı olan, lakin əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, təxirə salınan qarşılaşma bu gün baş tutub. Məhsuldar alınan görüşdə 7 qol vurulub. 2014-cü ilin son oyununda 5:2 hesabı ilə qalib gələn “Simurq” mövsümün il yarısını 4-cü pillədə başa vurub. Buna “zolaqlılar”ın hesabı açdığı görüşdə əzmkar qələbə qazanan Zaqatala təmsilçisinin 2 pillə irəliləməsi səbəb olub.

 

Qeyd edək ki, “Neftçi”nin istirahət etdiyi tur “Qəbələ” “İnter”lə, “Xəzər Lənkəran” AZAL-la heç-heçəyə razılaşıb - 1:1. “Qarabağ” isə “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edərək, mövsümü “qış çempionu” kimi yekunlaşdırıb.

 

Topaz Premyer Liqası

XVIII tur

22 dekabr

“Simurq” – “Bakı” - 5:2

Qollar: Rəşad Eyyubov, 16; 42; Draqan Çeran, 33;  İdan Vaytsman, 45; Samir Zərgərov, 47 - Nurlan Novruzov, 13; 70 (pen)
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Mübariz Haşımov, Ramil Diniyev
Zaqatala şəhər stadionu
I dövrədəki oyun: 0:1

“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 5. Vadim Abdullayev, 6. Samir Zərgərov, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 8. Patrik Osiako, 13. Əli Gökdemir, 21. Murad Səttarlı, 25. Oruc Balaşlı, 33. Kənan Müslümov
Baş məşqçi: George Çixradze

“Bakı”: 12. Elxan Əhmədov, 21. Elşad Manafov, 18. Əziz Quliyev, 19. Eltun Hüseynov, 37. Mikayıl Rəhimov, 30. Cəmşid Məhərrəmov, 56. Qeyrət Əliyev, 7. Nuran Qurbanov, 10. Nurlan Novruzov (k), 11. Tural Qürbətov, 45. Mahir Mədətov
Ehtiyat oyunçular: 26. Davud Əsgərov, 20. Valeh Seyidov, 4. Ülvi Süleymanov, 55. Aydın Mustafazadə, 17. Elmin Əsgərli, 2. Nicat Əsgərov 
Baş məşqçi: İbrahim Uzunca

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

16

10

4

2

29-17

34

2

İnter

16

7

8

1

26-7

29

3

Neftçi

15

7

5

3

19-12

26

4

Simurq

16

6

3

7

25-22

21

5

Xəzər Lənkəran

16

5

5

6

22-20

20

6

Qəbələ

16

4

7

5

19-24

19

7

AZAL

15

4

5

6

18-25

17

8

Sumqayıt

16

4

3

9

19-27

15

9

Bakı

16

2

4

10

13-36

10

Bombardir: Nurlan Novruzov (“Bakı”) – 9.

0