Sabiq “Xəzər Lənkəran”lı komandasını məğlubiyyətdən xilas edə bilmədi
22.12.2014 - 00:47
Sabiq “Xəzər Lənkəran”lı komandasını məğlubiyyətdən xilas edə bilmədi

Türkiyə PTT I liqasında XIX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”ın sabiq hücumçusu Mbilla Etamenin formasını geyindiyi "Samsunspor" öz meydanında “Adana Dəmirspor”u sınağa çəkib.

 

Görüşün taleyini 1 qol həll edib. İlk hissədə Ərdoğanın vurduğu tək top qonaqlara 3 xal qazandırıb.

 

Komandasının 0:1 hesabı ilə uduzduğu oyunda kamerunlu futbolçu Etame 90 dəqiqə forma geyinib.

 

Beləliklə, bu məğlubiyyətdən sonra "Samsunspor" 18 xalla turnir cədvəlinin 7-ci pilləsinə yuvarlanıb.

0