Ardıcıl 2-ci dəfə
22.12.2014 - 09:15
Ardıcıl 2-ci dəfə

“Qarabağ” Topaz Premyer Liqasında “qış çempionu” olub. Apasport.az saytının məlumatına görə, XVIII turda “Qəbələ” ilə heç-heçə edən “İnter”in xal itirməsi Qurban Qurbanovun yetirmələrini qış fasiləsinə lider kimi yollanmasına səbəb olub.

 

Bundan sonra “Qarabağ”ın da qalib gəlməsi ilə ağdamlılar izləyicisi ilə xal fərqini daha da artırıb. Əyalət təmsilçisi ardıcıl 2-ci, son 11 ildə 3-cü dəfə ili “qış çempionu” kimi başa vurub.

 

Son 11 mövsümün “qış çempion”ları

mövsüm

“Qış çempionu”

2004/05

“Qarabağ” Ağdam

2005/06

“Karvan” Yevlax

2006/07

"Xəzər Lənkəran"

2007/08

"Olimpik" Bakı

2008/09

“İnter” Bakı

2009/10

“İnter” Bakı

2010/11

“Neftçi” Bakı

2011/12

“Neftçi” Bakı

2012/13

“İnter” Bakı

2013/14

“Qarabağ” Ağdam

2014/15

“Qarabağ” Ağdam

 

0