Sabiq “Xəzər Lənkəran”lı: Azərbaycanda çalışmağımın köməyi dəyəcək
22.12.2014 - 09:49
Sabiq “Xəzər Lənkəran”lı: Azərbaycanda çalışmağımın köməyi dəyəcək

“Azərbaycanda çalışmağımın burda işləməyimə köməyi dəyəcəyini düşünürəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstanın U-17 yığmasına yenicə baş məşqçi təyin edilən Karles Bakes deyib.

 

Qazaxıstan mətbuatına açıqlama verən “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi orda da ispan modelini tətbiq etmək fikrində olduğunu bildirib: “Almatıdakı baza ilə tanış olduqdan sonra burda işləməyə razılıq verdim. Çalışacam komandamız iştirak etdiyi turnirlərdə uğurlu nəticə göstərsin. Təbii ki, əsas məqsəd yuxarı yaş qrupu yığmalarına daha hazırlıqlı oyunçu verməkdi. Komandamın topla daha çox oynamasını istəyirəm, bunun üzərində işləyəcəyik”.

 

Qeyd edək ki, Karles Bakes 2012-ci ilin noyabrından 2013-cü ilin fevralına qədər “Xəzər Lənkəran”ı çalışdırıb.

0