[b]"Azəryol" fasiləyə "qış çempionu" kimi yollandı - YENİLƏNİB[/b]
22.12.2014 - 19:46
[b]"Azəryol" fasiləyə "qış çempionu" kimi yollandı - YENİLƏNİB[/b]

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının II dövrəsinə yekun vurulub. Apasport.az saytı xəbər verir ki, prinsipiallığına görə digərlərindən fərqlənən X tur turnir cədvəlində dəyişikliklərə səbəb olub.

 

Belə ki, öncə meydana “Telekom”la “Azərreyl” çıxıb. Autsayderlərinin dueli gözləniləndən də gərgin alınıb. İlk dövrədə qələbə qazanaraq, sonuncu pilləni “dəmiryolçular”a “hədiyyə” edən Eldar Yusubovun komandası uğurunu təkrarlamağa çalışsa da, alınmayıb.

 

“Çelenc Cup”da 1/8 finala kimi irəliləyən “Azərreyl” oyunun startında təşəbbüsü ələ alıb və hissəni 5 top irəlidə bitirib.

 

Lakin "Telekom" da rəqibinin cavabını verməkdə çətinlik çəkməyib. Gənclərdən təşkil olunan komanda öncə hesabda tarazlıq yaradıb, ardınca önə də çıxıb – 2:1.

 

Bundan sonra “Azərreyl” oyunda dönüş yaratmağa nail olub. Vüqar Əliyevin yetirmələri növbəti 2 setdə inamlı oynayaraq, əzmkar qələbə qazanıblar.

 

2014-cü ilin voleybol mövsümünə əzəli rəqiblər – “Azəryol”la “Rabitə” yekun vurub. Həddindən artıq baxımlı alınan qarşılaşma “yolçəkənlərin” qələbəsi ilə başa çatıb.

 

Matça gəlincə, derbi “Azəryol”un üstünlüyü ilə başlayıb. Dəqiqələr ötdükcə “Rabitə” tarazlığı bərpa edib. Amma yekunda daha dəqiq oynayan Aleksandr Çervyakovun yetirmələri dəqiq oynayıblar – 25:23.

 

Son illərin dəyişməz Azərbaycan çempionu ikinci hissədə öz oyununu tapıb. Texniki fasilələrə öndə yollanan Dejan Brdjoviçin yetirmələri sonda sevinən tərəf də olublar. Onlar “Azəryol”a 25:20 hesabı ilə qalib gələrək, hesabı bərabərləşdiriblər.

 

Lakin həmişə derbidə rəqibindən üstün olan “Rabitə” bunun ardını gətirə bilməyib. Növbəti 2 hissədə daha güclü olan “Azəryol” qalib gəlməklə, uğursuzluq seriyasını qırıb – 3:2.

 

Bu qələbə “yolçəkənlər”in fasiləsiləyə “qış çempionu” kimi yollanması ilə nəticələnib. “Azəryol”dan 1 oyun az keçirən əsas rəqibləri - “Lokomotiv” və “Rabitə” müvafiq olaraq, növbəti 2 pillədə qərar tutublar. “Azərreyl” isə “Telekom”u məğlub etməsinə baxmayaraq, son pillədən qaça bilməyib. Eldar Yusubovun yetirmələri set fərqində rəqiblərindən üstündülər.

 

22 dekabr

X tur

 

“Azəryol” – “Rabitə” - 3:1 (25:23; 20:25; 25:21; 25:22)

Voleybol Mərkəzi

İlk oyun: “Rabitə” – “Azəryol” - 3:2 (25:23, 25:27, 23:25, 25:18, 15:12)

 

“Telekom” – “Azərreyl” - 2:3 (20:25; 25:19; 25:22, 18:25; 11:15)

Gənclik Olimpiya Kompleksi

İlk oyun: “Azərreyl” – “Telekom” - 2:3 (20:25; 25:27; 25:23; 25:18; 11:15)

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Azəryol

8

6

2

3

2

1

2

0

0

22-10

736-665

19

2.

Lokomotiv

7

6

1

2

2

2

1

0

0

20-9

660-597

17

3.

Rabitə

7

5

2

4

0

1

1

1

0

18-8

617-533

15

4.

Telekom

8

1

7

0

0

1

1

2

4

7-23

598-709

3

5.

Azərreyl

8

1

7

0

0

1

1

1

5

6-23

577-680

3

 

 

 

0