[b]Cavid Hüseynov: Qol epizodunda Kamranın səhvi vardı[/b] - MÜSAHİBƏ
22.12.2014 - 10:36
[b]Cavid Hüseynov: Qol epizodunda Kamranın səhvi vardı[/b] - MÜSAHİBƏ

Topaz Premyer Liqasının XVIII turu çərçivəsində öz meydanında “İnter”lə qarşılaşan “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov 1:1 hesabı ilə yekunlaşan görüşdən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Əvvəlcə oyun haqda danışardınız...

- “İnter” taktiki planda çox güclüdü. Bu səbəbdən daha yaxşı oymağa çalışdıq. İli 3 xalla başa vurmaq istəyirdik. Fikrimizdə olanların 60 faizini reallaşdırdıq. Hətta qələbə də qazana bilərdik. Razıyam, matçın müəyyən hissəsində “İnter” topa daha çox nəzarət etdi. Amma real qol epizodları baxımından bizim şanslarımız daha çox idi.

 

- Rəqib gözlədiyiniz kimi oynadı?

- Taktiki planda dəyişiklik etmişdilər. Yenə 5 müdafiəçi ilə çıxış etdilər. Cinahda yer alanlar hücuma qoşulurdular. Bu cür oynayacaqlarını gözləyirdik.

 

- “Qələbə qazana bilərdik” deyəndə, Dodonun son saniyələrdə qaçırdı epizodu nəzərdə tutursunuz?

- Qol olsaydı, qələbə qazanacağımız danılmaz idi. Çünki son saniyələr idi. Həmin epizoda qədər də şanslarımız oldu. Meydanda daha fəal olan bizi idik.

 

- Qapıçınız Kamran Ağayevin buraxılan qol zamanı səhvi oldumu?

- Düzdü, həmin epizodda səhvə yol verdi. Top yerə dəydikdən sonra onu çaşdırdı.  

 

- Fasiləyə 16 oyundan sonra topladığınız 19 xalla yollanırsınız. Bu komandanız üçün nə dərəcədə normal göstəricidi?

- Yaxşı göstərici deyil. Qərarlaşdığımız mövqe ürəyimizi açmır. “İnter”lə oyunu qələbə ilə bitirmək istəyirdik ki, fasiləyə qalib ab-havada yollanaq, davamını isə qış fasiləsindən sonra gətirək. Lakin alınmadı.

 

- Komandaya yeni baş məşqçi təyin edilib. Roman Qriqorçuk “Qəbələ”nin arzulanan komandaya çevirə biləcəkmi?

- O, bizi yaxşı tanıyır. Bilirdik ki, komandanı izləyir. Ancaq özümüzü ona sübut etməyə çalışmırdıq. Bizə qalib gəlmək tapşırığı verilmişdi.

 

- Qriqorçukun komanda ilə görüşü olubmu?

- Komanda şəklində yox, fərdi olaraq söhbətimiz olub. Bizdən nə istədiyini dedi. Nizam-intizama diqqət yetirən məşqçidi.

 

0