“Azərbaycanda oynamaq variantım var” - FOTO
22.12.2014 - 10:53
“Azərbaycanda oynamaq variantım var” - FOTO

Ukraynanın “Zarya” klubunun futbolçusu Pavel Xudzik Topaz Premyer Liqasında çıxış edən komandalardan birindən təklif alıb. Apasport.az saytının məlumatına görə, bunu 29 yaşlı hücumameylli yarımmüdafiəçinin özü açıqlayıb.

 

Ukraynalı futbolçu bildirib ki, “Zarya”dan ayrılmaq haqda düşünsə də, qalmaq variantının da üstündən xətt çəkmir: “Bu işlə agentim məşğul olur. Azərbaycan və Ukraynada oynamaq variantlarım var. Yəqin ki, bu məsələni həll edəcəyik. Lakin mən özüm Ukraynada qalmaq, karyeramı elə “Zarya”da davam etdirmək istəyirəm”.

 

Qeyd edək ki, “Krasilov”, “Energetik”, “Lvov”, “Knyaja”, “Obolon” klublarında oynamış Xudzik 2011-ci ildən Luqansk təmsilçisinin formasını geyir.

 

0