“Sumqayıt”ın qış toplanışını harada keçəcəyi dəqiqləşdi
22.12.2014 - 11:43
“Sumqayıt”ın qış toplanışını harada keçəcəyi dəqiqləşdi

Topaz Premyer Liqasının XVIII turunda “Qarabağ”a 0:2 hesabı ilə uduzan “Sumqayıt”ın qış təlim-məşq toplanışını harada keçəcəyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, digər klublardan fərqli, “gənclik şəhəri” təmsilçisi ölkə xaricinə çıxmayacaq.

 

Belə ki, “Sumqayıt” çempionatın 3-cü dövrəsinə hazırlıq prosesini doğma şəhərdə keçəcək.

 

Yanvarın 5-də bir araya gələcək kollektivin Tagim Novruzov və Ceyhun Cavadovla vidalaşacağı bəlli idi. Kiyan Sultanpurun taleyinə isə hələ də aydınlıq gəlməyib. Məsələ burasındadı ki, “Sumqayıt” rəhbərliyi Sultanpurun müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etməyə çalışır. Yanvarın ilk günlərində komandanın düşərgəsinə bir neçə futbolçu baxışa cəlb olunacaq. 

0