“Qəbələ”nin iki mərhələli toplanışı olacaq
22.12.2014 - 13:19
“Qəbələ”nin iki mərhələli toplanışı olacaq

Topaz Premyer Liqasında qış fasiləsinə 6-cı pillədə yollanan “Qəbələ”nin hazırlıq proqramı açıqlanıb. Klubdan apasport.az saytına verilən məlumata görə, şimal təmsilçisi iki mərhələdən ibarət toplanış keçəcək.

 

Yeni baş məşqçi Roman Qriqorçuk kollektivi yanvarın 5-də toplayacaq və komanda elə həmin gün Antalyaya yollanacaq. Legionerlər öz ölkələrindən birbaşa Türkiyəyə gedəcəklər. Toplanışın ilk mərhələsi yanvarın 5-dən 17-dək nəzərdə tutulub. Bunun ardından iki günlük istirahətə buraxılacaq komanda 20-29 yanvar aralığında ikinci mərhələni keçəcək. Qriqorçuk 7 yoxlama görüşü planlaşdırır. Çox güman ki, bu oyunların 3-ü ilk, 4-ü isə ikinci mərhələdə baş tutacaq. Lakin rəqiblərin kimliyi hələ bəlli deyil.

 

Qeyd edək ki, “Qəbələ” Premyer Liqada üçüncü mərhələnin ilk oyununu fevralın 1-də “Bakı”ya qarşı keçirəcək.

0