Polina Rəhimovanın növbəti uğuru - FOTO
22.12.2014 - 14:02
Polina Rəhimovanın növbəti uğuru - FOTO

Qadın voleybolçular arasında Cənubi Koreya çempionatında XV turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Hyundai” bu gün KGC klubunu qəbul edib.

 

Matç təmsilçimizin komandasının asan qələbəsi ilə yekunlaşıb. “Hyundai” rəqibinə 1 set belə güzəştə getməyib – 3:0 (25:13; 25:22; 25:10).

 

Rəhimova matçda Polina 29 xal yığıb. O, bunlardan 24-ni hücumda, 3-ünü blokda, 1-ni isə eysdə qazanıb.

 

Bu qələbə sayəsində aktivindəki xalını 27-yə çatdıran “Hyundai” turnir cədvəlindəki liderliyini davam etdirir.

 

Qeyd edək ki, Polinanın komandası növbəti görüşünə dekabrın 27-də çıxacaq. Həmin oyunda “Hyundai” “Huenqkuk” klubunun qonağı olacaq. 

0