[b]“Neftçi” və “Xəzər Lənkəran”da normal hücumçu yoxdu[/b] - STATİSTİKA
22.12.2014 - 14:33
[b]“Neftçi” və “Xəzər Lənkəran”da normal hücumçu yoxdu[/b]  - STATİSTİKA

Topaz Premyer Liqasının ilk yarısına yekun vurulub. Apasport.az saytının məlumatına görə, təxirə salınmış bir oyunu qalan ilk 2 dövrə çempionatdakı bombardir çatışmazlığını ortaya qoyub.

 

Belə ki, 16 turdan sonra ən çox qol vuran futbolçu cəmi 9 dəfə fərqlənib. Bu isə bombardir adı üçün çox aşağı göstəricidi.

 

Maraqlıdı ki, 9 qola imza atan Nurlan Novruzov autsayderin üzvüdü. Cəmi 13 qola sevinən “Bakı”nın qollarının 69 faizini bir futbolçu vurub. Autsayderin formasını geyən oyunçunun bombardirlər yarışına başçılıq etməsi isə nadir hadisə sayılır.

 

Ümumiyyətlə, ilk 2 dövrənin 18 turundan sonra yalnız 9 futbolçu 5 və daha çox qol vura bilib. Bu “5” alanlar sırasında “İnter”, “Qəbələ”, “Simurq”un hərəsinin iki oyunçusu yer alıb. “Neftçi”, “Xəzər Lənkəran” və AZAL-da isə qol vurmaq bacarığı ilə komanda yoldaşlarından ciddi fərqlənən biri yoxdu.

 

Qeyd edək ki, bombardirlər siyahısında 3 yerli, 5 legioner və 1 milliləşən əcnəbi yer alıb.

 

İlk yarıda 5 və daha çox qol vuranlar

 

1. Nurlan Novruzov ("Bakı") - 9
2. Mikel Alvaro (“İnter”) - 8 
3-4. Məhəmməd Qurbanov (“Sumqayıt”) - 7 qol
Draqan Çeran ("Simurq") -7 
5. Junior Nildo ("İnter") - 6
6-9. Cavid Hüseynov ("Qəbələ") - 5
Rəşad Eyubov ("Simurq") - 5

Leroy Corc (“Qarabağ”) – 5

Dodo (“Qəbələ”) – 5

 

0