[b]“Qazanılan xallarda baş məşqçi dəyişikliyinin rolu yoxdu”[/b] - MÜSAHİBƏ
22.12.2014 - 14:37
[b]“Qazanılan xallarda baş məşqçi dəyişikliyinin rolu yoxdu”[/b] - MÜSAHİBƏ

“Qəbələ”nin yarımmüdafiəçisi Adrian Ropotanın apasport.az saytına müsahibəsi

 

- İlin son oyununa çıxdınız. “İnter”dən I dövrədəki böyükhesablı məğlubiyyətin əvəzini çıxa bilməməyinizin səbəbi nə idi?

- Ağır, vacib oyunlardan biri idi. Təbii ki, qələbə qazanmaq və ili 3 xalla başa vurmaq istəyirdik. Hətta birinci hissədə buna çox yaxın idik. Amma fasilədən sonra rəqib bərabərlik qolunu vurdu.

 

- Matçın əvvəlində zədələnsəniz də, axsaya-axsaya mübarizəni davam etdirdiniz. Dəyişikliyi özünüz istəmədiniz, yoxsa ehtiyatda sizi əvəzləyəcək futbolçu yox idi?

- Əvəzlənməməyi özüm istədim. Çünki sona qədər meydanda olmaq, komandama kömək etmək, top uğrunda mübarizəni davam etdirmək istəyirdim.

 

- Birinci hissədə önə keçsəniz də, bu üstünlüyü qoruya bilmədiniz. Sizə nə mane oldu?

- “İnter” taktiki cəhətdən çempionatın ən güclü komandalarından biridi. Biz də əlimizdən gələni etdik ki, onlara mane olaq və qələbə qazanaq. Bu istəyimiz təkcə “İnter”ə qarşı deyil. İstənilən rəqiblə matçda 3 xal qazanmaq istəyirik. Bu dəfə alınmadı.

 

- Son 3 oyunda 5 xal toplamısınız. Baş məşqçi dəyişikliyinin oyununuza nə kimi təsiri oldu?

- Bunun üçün baş məşqçi dəyişikliyi vacib deyil. Futbolçu üçün baş məşqçinin kimliyi əhəmiyyət kəsb etmir. Bizim işimiz meydanda verilən tapşırıqları icra etməkdi. Qazanılan xallarda baş məşqçi dəyişikliyinin rolu yoxdu. Əvvəl də belə oynayırdıq, indi də.

 

- Siz komandaya Muntyanunun istəyi ilə dəvət edilmisiniz. Onun gedişindən sonra qış fasiləsində sizin də komandadan ayrılacağınızı gözləmək olarmı?

- Baş məşqçinin kimliyinin əhəmiyyəti yoxdu. Müqaviləni klubla imzalayırıq. Komandaya lazım olmasam, təbii ki, ayrılacam. Burda olduğum müddətdə əlimdən gələni etdim.

 

- Çempionatın yarısı arxada qaldı. Geridə qalan müddəti uğursuz hesab etmək olar?

- Hər zaman ilk “3-lük”də yer almaq istəmişik. Bunun üçün mübarizə aparmışıq. Ümid edirəm ki, fasilədən sonra məqsədimizə nail olacağıq. Mübarizə hələ davam edir.

 

- Artıq yeni baş məşqçi təyinatı reallaşıb. Roman Qriqorçuk “Qəbələ”nin axtardığı mütəxəssisdi?

- Baş məşqçi haqda danışmaq istəmirəm. Çünki bu mənə aid məsələ deyil.  

 

0