Oğuz Çətin rəsmən istefa verdi - YENİLƏNİB
22.12.2014 - 19:47
Oğuz Çətin rəsmən istefa verdi - YENİLƏNİB

“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin Azərbaycanı tərk edib. Apasport.az saytının məlumatına görə, az öncə vətəninə yola düşən türkiyəli çalışdırıcı böyük ehtimalla bir daha cənub təmsilçisinin “sükanı arxası”nda olmayacaq.

 

Komandada gəncləşdirmə siyasəti aparılacağından, rəhbərlik mövsümü Çətinlə deyil, yerli mütəxəssislərdən biri ilə davam etməyi düşünür. Çox güman Oğuz bəyi ya hazırda klubda idman direktoru postunu tutan Yunis Hüseynov, ya da əvəzedici komandanın baş məşqçisi Elbrus Məmmədov əvəzləyəcək.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” qış fasiləsinə 5-ci pillədə yollanıb. “Ağ-yaşıllar” 18 turdan sonra cəmi 20 xal toplayıb.

 

Əldə etdiyimiz məlumata görə, o, istefa ərizəsini klub prezidenti Mais Mənsimova təqdim edib. Hər zaman komanda rəhbərliyindən dəstək aldığını bildirən Çətin işinin öhdəsindən gələ bilmədiyi üçün cənub klubundan getmək qərarına gəlib.

 

Yunis Hüseynovun isə komandanın “sükanı arxası”na keçməyəcəyi dəqiqləşib.

 

0