[b]Arif Əsədov: Qardaş, bunu sizə kim deyib?[/b]
22.12.2014 - 15:24
[b]Arif Əsədov: Qardaş, bunu sizə kim deyib?[/b]

“Vobay bizə məxsusdu və heç bir komandaya getməyib. Yayılan bu məlumatlar şayiədi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

 

“Neftçi”nin yarımmüdafiəçisi Julius Vobayın komandadan ayrılması ilə bağlı mətbuatda yazılan məlumatı təkzib edən Əsədov buna əsəbi şəkildə reaksiya verib: “Qardaş, bunu sizə kim deyib? Vobayın klubla müqaviləsi davam edir. Onun getməsi yalan xəbərdi”.

 

Qeyd edək ki, Julius Vobay bu mövsüm Premyer Liqada 3 qola imza atıb.

0