[b]Topaz Premyer Liqası: Ən çox kim oynayıb?[/b]
22.12.2014 - 16:44
[b]Topaz Premyer Liqası: Ən çox kim oynayıb?[/b]

Topaz Premyer Liqasının ilk yarısında 11 futbolçu öz komandasının bütün oyunlarında meydana çıxıb. Apasport.az saytının məlumatına görə, onlardan üçü 16, səkkizi 15 görüşdə iştirak edib.

 

Belə ki, “Neftçi” və AZAL öz aralarındakı oyun təxirə salındığından, “Qarabağ”la “Sumqayıt” isə ilk turdakı matçlarında texniki nəticə qeydə alındığından onların üzvləri 15-dən artıq görüşdə oynaya bilməzdi.

 

Laşa Kasiradze və Rəşad Abdullayev AZAL-ın, Nodar Məmmədov, Ruslan Poladov, Tərzin Cahangirov “Sumqayıt”ın, Flavinyo ilə Karlos Kardoso “Neftçi”nin, Riçard Almeyda isə “Qarabağ”ın bütün görüşlərində meydana çıxıb.

 

16 oyun keçirən və bunların heç birində texniki nəticə qeydə alınmayan digər 5 klubun heyətində isə 3 belə futbolçu var. Tural Qürbətov “Bakı”, Aleksandr Amisulaşvili və Arif Daşdəmirov isə “İnter”in 16 matçında iştirak edib.

 

Bütün oyunlarda komandalarına kömək edən 11 oyunçudan yalnız biri bu qarşılaşmaları əvəzolunmadan keçirib. Çempionatımızın yeganə əvəzolunmazı olan Arif Daşdəmirov 16 matçda 1440 dəqiqə forma geyinib. Onun hesabında 1 qol və 2 sarı vərəqə də var.

 

0