Abdulbari Gözəl “Qarabağ”ın baş məşqçisi və kapitanı ilə görüşdü - FOTO
22.12.2014 - 17:14
Abdulbari Gözəl “Qarabağ”ın baş məşqçisi və kapitanı ilə görüşdü - FOTO

“Qarabağ”ın prezidenti Abdulbari Gözəl klubun bazasını ziyarət edib. Apasport.az saytının məlumatına görə, klubun idarə heyətinin üzvü Fevzihan Arasla birlikdə bazaya təşrif buyuran Gözəl baş məşqçi Qurban Qurbanov və kapitan Rəşad Sadıqovla görüşüb. O, Qurbanovu Avroliqadakı uğurlu çıxış münasibəti ilə bir daha təbrik edib. “Qarabağ”ın “İnter”lə oyunda haqsızlığa uğradığını bildirən klub prezidenti mənəvi cəhətdən qalib olduqlarını deyib.

 

Ardınca Abdulbari Gözəl hazırda inşası davam edən stadiona baş çəkib. Tikinti işlərinin gedişatı ilə yaxından tanış olan klub prezidenti işlərin sürətləndirilməsi yönündə təlimatlarını verib (klub saytı).

 

0